UEFA Avropa Liqasında birinci təsnifat mərhələsinə yekun vurulub

Avropa Liqasında birinci təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulub.

SİA xəbər verir ki, bu gün daha 43 matç keçirilib. "Neftçi" doğma meydanda "Sperantsa" (Moldova) klubu ilə qarşılaşıb və 6:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. Bakı təmsilçisi ikinci təsnifat mərhələsində Rusiya "Arsenal"ı ilə qarşılaşacaq.

"Səbail" isə "Universitatya Krayova"ya (Rumıniya) 2:3 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.


Avroliqadakı digər təmsilçimiz "Qəbələ"nin ikinci təsnifat mərhələsindəki potensial rəqibləri "Dinamo" (Gürcüstan) və “Enqordani” (Andorra) üz-üzə gəliblər. İlk matçda evdə 6:0 hesabı ilə qalib gələn Tiflis klubu cavab görüşündə də rəqibini məğlub edərək (1:0) növbəti mərhələyə yüksəlib və "Qəbələ"yə rəqib olub.

18 iyul

16:00. "Tobol" (Qazaxıstan) – "Jeness Eş" (Lüksemburq) - 1:1
İlk oyun - 0:0

18:30 "Kayrat" (Qazaxıstan) – "Şiroki Briyeq" (Bosniya və Herseqovina) - 2:1
İlk oyun - 2:1

18:30 "Makedoniya" (Skopye, Şimali Makedoniya) – "Alaşkert" (Ermənistan) - 0:3
İlk oyun - 1:3

19:00 "Teuta" (Albaniya) –"Ventspils" (Latviya) - 1:0
İlk oyun - 0:3

19:30 "İnter Turku" (Finlandiya) – "Bröndbü" (Danimarka) - 2:0
İlk oyun - 1:4

20:00 "Levadiya" (Estoniya) – "Styarnan" (İslandiya) - 3:2
İlk oyun - 1:2

20:00 RFS (Latviya) – "Olimpiya" (Lyublyana, Sloveniya) - 0:2
İlk oyun - 3:2

20:00 "Rovaniemi" (Finlandiya) – "Aberdin" (Şotlandiya) - 1:2
İlk oyun - 1:2

20:00 "Universitatya Krayova" (Rumıniya) – "Səbail" (Azərbaycan) - 3:2
İlk oyun - 3:2

20:30 "Dinamo" (Minsk, Belarus) – "Liepaya" (Latviya) - 1:2
İlk oyun - 1:1

20:30 "Levski" (Sofiya, Bolqarıstan) – "Rujomberok" (Slovakiya) - 2:0
İlk oyun - 2:0

21:00 "Apollon" (Kipr) – "Kauno Jalgiris" (Litva) - 4:0
İlk oyun - 2:0

21:00 "Krakoviya" (Polşa) – "Dunayska Streda" (Slovakiya) - 2:2
İlk oyun - 1:1

21:00 "Hauqesun" (Norveç) – "Kliftonvill" (Şimali İrlandiya) - 5:1
İlk oyun - 1:0

21:00 "Milsami" (Moldova) – "Styaua" (Rumıniya) - 1:2
İlk oyun - 0:2

21:00 "Neftçi" (Azərbaycan) – "Sperantsa" (Moldova) - 6:0
İlk oyun - 3:0

21:00 "Petrokub" (Moldova) – AEK (Kipr) - 0:1
İlk oyun - 0:1

21:00 "Torpedo" (Kutaisi, Gürcüstan) – "Ordabası" (Qazaxıstan) - 0:2
İlk oyun - 0:1

21:00 "Vaduts" (Lixtenşteyn) – "Breydablik" (İslandiya) - 2:1
İlk oyun - 0:0

21:00 "Jalgiris" (Litva) – "Honved" (Macarıstan) - 1:1
İlk oyun - 1:3

21:00 "Jrinski" (Bosniya və Herseqovina) – "Pandev Akademiyası" (Makedoniya) - 3:0
İlk oyun - 3:0

21:30 "Hapoel" (Beer-Şeva, İsrail) – "Laçi" (Albaniya) - 1:0
İlk oyun - 1:1

21:30 "Proqres" (Lüksemburq) – "Kork Siti" (İrlandiya) - 1:2
İlk oyun - 2:0

21:30 "Enqordani" (Andorra) – "Dinamo" (Tiflis, Gürcüstan) - 0:1
İlk oyun - 0:6

22:00 "B36 Torshavn" (Farer adaları) – "Kruzeyders" (Şimali İrlandiya) - 2:3
İlk oyun - 0:2

22:00 "Hayduk" (Xorvatiya) – "Qzira Yunayted" (Malta) - 1:3
İlk oyun - 2:0

22:00 "Hibernians" (Malta) – "Şaxtyor" (Soliqorsk, Belarus) - 0:1
İlk oyun - 0:1

22:00 "Kukesi" (Albaniya) – "Debretsen" (Macarıstan) - 1:1
İlk oyun - 0:3

22:00 "Mol Vidi " (Macarıstan) – "Zeta" (Monteneqro) - 0:0
İlk oyun - 5:1

22:00 "Mura" (Sloveniya) – "Makkabi" (Hayfa, İsrail) - 2:3
İlk oyun - 0:2

22:00 "Norçöpinq" (İsveç) – "Sent Patrik" (İrlandiya) - 2:1
İlk oyun - 2:0

22:30 "Şkupi" (Makedoniya) – "Pünik" (Ermənistan) - 1:2
İlk oyun - 3:3

22:30 "Vitebsk" (Belarus) – "KuPS Kuopio" (Finlandiya) - 1:1
İlk oyun - 0:2

22:45 "Ballimena" (Şimali İrlandiya) – "Malmö" (İsveç) - 0:4
İlk oyun - 0:7

22:45 "Buduçnost" (Monteneqro) – "Narva Trans" (Estoniya) - 4:1
İlk oyun - 2:0

22:45 "Domjale" (Sloveniya) – "Balzan" (Malta) - 1:0
İlk oyun - 4:3

22:45 "Kilmarnok" (Şotlandiya) – "Konnah Kuey" (Uels) - 0:2
İlk oyun - 2:1

22:45 "Radnicki" (Serbiya) – "Flora" (Estoniya) - 2:2
İlk oyun - 0:2

22:45 "Reyncers" (Şotlandiya) – "Sent Josefs" (Cəbəllütariq) - 6:0
İlk oyun - 4:0

22:45 "Spartak" (Trnava, Slovakiya) – "Radnik" (Bosniya və Herseqovina) - 2:0 (penaltilər seriyası - 3:2)
İlk oyun - 0:2

23:00 "Reykyavik" (İslandiya) – "Molde" (Norveç) - 0:0
İlk oyun - 1:7

23:00 "Legiya" (Polşa) – "Europa" (Cəbəllütariq) - 3:0
İlk oyun - 0:0

23:00 "Şemrok Rovers" (İrlandiya) – "Brann" (Norveç) - 2:1
İlk oyun - 2:2

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...