“Qarabağ”ın növbəti rəqibi bilindi

Bu gün “Partizani”ni üstələyərək UEFA Çempionlar Liqasında növbəti mərhələyə yüksələn “Qarabağ”ın rəqibinin kimliyi artıq məlumdur.

Əvvəlcədən məlum olduğu kimi, “Qarabağ” ikinti təsnifat mərhələsində "Riqa" (Latviya) - "Dandalk" (İrlandiya) cütünün qalibi ilə üz-üzə gəlməli idi.

Həm İrlandiyadakı, həm də Latviyadakı oyunların əsas və əlavə vaxtlarında hesab açılmadığından oyun sonrası penaltilər qalibin adına aydınlıq gətirib. Burada zərbələri daha dəqiq yerinə yetirən “Dandalk” növbəti mərhələyə yüksələrək “Qarabağ”a rəqib olub.

Qeyd edək ki, ÇL-in 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 23-24-də, cavab qarşılaşmaları isə ayın 30-31-də baş tutacaq. Matçların dəqiq tarixi isə qarşıdakı günlərdə müəyyənləşəcək. Püşkə əsasən, “Qarabağ” bu mərhələdəki ilk matçını da səfərdə, cavab oyununu Bakıda keçirməlidi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...