Azərbaycan idmançıları dünya çempionatında uğurla çıxış ediblər

Moskvada keçirilən Braziliya ciu-citsusu üzrə açıq dünya çempionatında Azərbaycan idmançıları uğurla çıxış ediblər. Azərbaycan Ciu-citsu Federasiyasının mətbuat katibi Rüfət Abdullayev AZƏRTAC-a bildirib ki, 2 minədək idmançının qatıldığı çempionatda təmsilçilərimizdən Fəxrəddin Hüseynov və Vüsal Eynullayev bütün rəqiblərini üstələyərək birinci olublar. Ayaz Süleymanov, Mehman Fətəliyev, Çingiz Mehdiyev, Aslan Qədimli və Həsən Səfərəliyev isə gümüş medallarla kifayətləniblər.

Yığma komandamız çempionatda 20 idmançı ilə təmsil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...