"Tottenhem" 3 futbolçuya qapını göstərdi!

Yay fasiləsində "Tottenhem"dən ayrılacaq futbolçular müəyyənləşib. Klubun rəsmi saytında yer alan xəbərə görə, üç oyunçu London təmsilçisini tərk edəcək. Bunlar müdafiəçi Deni Rouz, yarımmüdafiəçi Jorj-Kevin Nkudu və hücumçu Vinsent Yansendir. Qeyd edək ki, hər üç futbolçu "Tottenhem"in mövsüm öncəsi təlim-məşq toplanışına aparılmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə