Avroliqada üç vəsiqənin sahibi müəyyənləşdi

Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib. Gürcüstan "Çukariçki"si ilk görüşdə evdə 3 qol vurduğu Ermənistanın "Banants" klubunu səfərdə 5:0 hesabı ilə darmadağın edərək, 2-ci təsnifat mərhələsinə vəsiqə qazanıb.

Digər iki oyunda isə hesab açılmayıb.

Qeyd edək ki, təmsilçilərimiz "Neftçi" və "Səbail"in görüşləri və digər qarşılaşmalar iyulun 18-i olacaq.

16 iyul

Avropa Liqası, I təsnifat mərhələsi, cavab oyunları

19:00. “Banants” (Ermənistan) - “Çukariçki” (Serbiya) - 5:0
İlk oyun – 0:3

21:00. “Klaksvik” (Farer adaları) - “Riteryay” (Litva) - 0:0
İlk oyun – 1:1

22:30. “Titoqrad” (Monteneqro) - MOİK (Sofiya, Bolqarıstan) - 0:0
İlk oyun – 0:4

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...