“Monako” yeni futbolçu transfer edib

Fransanın “Monako” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Liqa 1 təmsilçisi “Monpelye”nin qapıçısı Benjamin Lekomtu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı qolkiperlə 5 illik müqavilə imzalanıb. Lekomt Fransa çempionatında daha öncə “Loryan” və “Dijon” klublarının da şərəfini qoruyub.

“Monako” bir futbolçusunu da icarəyə verdiyini açıqlayıb. Belə ki, “knyazlıq klubu” hücumçusu Jordi Mbulanı Belçikanın “Serkl Brügge” komandasına icarəyə göndərib. İspaniyalı forvardın icarə müddəti 1 ildi. Mbula geridə qalan mövsümdə 7 oyuna çıxsa da, qol vura bilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə