Parataekvondoçularımız V Asiya çempionatına qatılıblar

İordaniyanın paytaxtı Əmmanda parataekvondo üzrə V Asiya çempionatı keçirilir. Azərbaycan Milli Paralimpiya Komitəsindən verilən məlumatda deyilir ki, yarışda ölkəmizi baş məşqçi Fərid Tağızadənin rəhbərliyi ilə altı idmançı təmsil edir. Yarışlarda Röyalə Fətəliyeva (49 kq), Aynur Məmmədova (+58 kq), İmaməddin Xəlilov (61 kq), Abuzər Əbülfəzli (75 kq), Hüseyn Həsənov (75 kq) və Vüsal İsmayılov (+75 kq) K44 kateqoriyasında mübarizə aparıblar.

İyulun 16-19-da keçirilən yarış “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır. Komandamız çempionatda Azərbaycan Milli Paralimpiya Komitəsinin və Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə