"Qarabağ"ın sabahkı oyununa xüsusi avtobuslar ayrılır

Sabah nəzərdə tutulan "Qarabağ"-"Partizani" klublarının oyunu üçün xüsusi avtobuslar ayrılacaq.

SİA-nın məlumatına görə, bu barədə "Qarabağ FK"dan bildiriblər. Qeyd olunur ki, klub bu barədə Bakı Nəqliyyat Agentliyinə müraciət edib və qarşı tərəf bunu müsbət cavablandırıb:

"Qarabağ"ımız sabah, saat 21:00-da Çempionlar Liqasının I təsnifat mərhələsində "Dalğa Arena"da Albaniyanın "Partizani" klubuyla qarşılaşacaq. Azarkeşlərin stadiona rahat gedib-qayıtmasını təmin etmək üçün klubumuzun Bakı Nəqliyyat Agentliyinə müraciətini qarşı tərəf müsbət cavablandırıb və azarkeşlər üçün xüsusi avtobuslar ayrılıb. Belə ki, sabah 18:30-19:45 arası "Koroğlu" metrostansiyasından "Dalğa Arena"ya avtobuslar hərəkət edəcək. "Qarabağ" loqolu avtobuslara yalnız oyun bileti ilə giriş olacaq. Oyundan sonra isə avtobuslar yenidən azarkeşləri stadiondan "Koroğlu" metrostansiyasına geri qaytaracaq".

Bütün xəbərlər Facebook səhifəmizdə