"Olimpiya Festivalında ölkəmizi 122 idmançı təmsil edəcək" - Həsənağa Rzayev

Bakıda iyulun 21-27-də keçiriləcək XV Yay Avropa Gənclər Olimpiya Festivalı başlayacaq. SİA-nın məlumatına görə, paytaxtda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalında ölkəmizi 122 idmançı təmsil edəcək.

Milli Olimpiya Komitəsinin idman şöbəsinin müdiri Həsənağa Rzayev bildirib ki, nümayəndə heyəti ümumilikdə 198 nəfərdən ibarət olacaq: "Festivalda Avropanın 48 ölkəsindən 3900 idmançı 135 dəst medal uğrunda mübarizə aparacaq. Tədbirdə 10 növ- gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlar olacaq. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək".

Müəllif: Jalə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...