"Beşiktaş" Tayler Boydu heyətinə qatıb

"Beşiktaş" yeni mövsüm öncəsi ilk transferini edib. Klubun saytında yer alan xəbərə görə, İstanbul təmsilçisi son olaraq "Vitoriya de Qimarayanş"da oynayan Tayler Boydu heyətinə qatıb. ABŞ millisinin üzvü ilə 4 illik müqavilə imzalanıb. 24 yaşlı hücumçu yeni klubunda ilinə 1.2 milyon avro qazanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə