"Real" bu futbolçuları satışa çıxarır

Bu yay Eden Hazard, Luka Yoviç, Ferland Mendi, Rodriqo, Eder Militaonu heyətinə cəlb edən "Real" maliyyə feyr pley qaydalarına əməl etmək üçün oyunçu satışlarına başlamağa hazırlaşır. "Marca" nəşrinin yaydığı xəbərə görə, bu tranferlərə ümumilikdə 303 milyon avro xərcləyən Madrid klubunun hazırda heyətində 30 futbolçu var. "Real"ın bu rəqəmi avqustun 18-i başlayacaq La Liqanın oyununa qədər 24-ə düşürməyi gözlənilir.

Luka, Teo, Requilon, Llorente, Odeqard, Kovaçiç, De Tomasla yolları ayıran "Kral klubu"nun komandada görmək istəmədiyi digər oyunçuların Keylor Navas, İsko, Qaret Beyl, Xames Rodriqes və Sebalyos olduğu bildirilir. Klubun onları bu yay satmağı planlaşdırdığı vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...