Roberto Soldado "Qranada"ya keçir?

Bu yay "Fənərbaxça"dan ayrılan Roberto Soldadonun yeni komandası müəyyənləşib. Belə ki, ispaniyalı hücumçu karyerasını vətənində davam etdirəcək. 34 yaşlı forvard La Liqa təmsilçisi "Qranada" ilə anlaşıb. Məlumatı klubun rəsmi saytı yayıb. Təcrübəli oyunçu ilə 1+1 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, "Fənərbaxça"da keçirdiyi iki mövsüm (2017-2018, 2018-2019) ərzində 59 oyunda meydana çıxan Soldado 19 qol vurub, 9 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə