Afrika Millətlər Kubokunda finalçılar müəyyənləşib

Misirdə keçirilən Afrika Millətlər Kubokunda finalçılar müəyyənləşib.

SİA xəbər verir ki, həlledici oyunda Seneqal və Əlcəzair yığmaları üz-üzə gələcəklər. Qarşılaşma iyulun 19-da keçiriləcək.

Qeyd edək ki, Seneqal millisi yarımfinalda Tunisi 1:0, Əlcəzair seçməsi isə Nigeriyanı 2:1 hesabı ilə məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə