Ramin Musayev: “”Səbail”in avrokuboklarda iştirakının özünə də bir təbrik düşür”

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Səbail"in evdə "Universitetya"ya 2:3 hesabı ilə uduzduğu görüşdən sonra brifinqdə jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə oyun haqda danışıb.

- Şans sonda bitir. Amma açığı, rəqib komandadan daha yaxşı oyun gözləyirdim. Maddi durumu da fikirləşək. Amma bu o demək deyil ki, biz zəif oynamalıyıq. Rəqib komandadan fərqli olaraq, bizim komandamızın avrokuboklarda iştirakının özünə də bir təbrik düşür. "Səbail" gənc komandadır, gənc məşqçisi var.

- Hiss edirdiz ki, "Səbail" qorxur?

- Yox. “Neftçi” ilə ilk dəfə avrokuboklarda “Anderlext” qarşı oynayanda uşaqlar dedi ki, 15 dəqiqə bilmədik hara qaçaq. Ancaq bu gün rəqib komanda köklü klubdur. Rumınya komandası çox çətin rəqibdir. "Səbail"in həm məşqçisinə, həm də heyətinə təbrik düşür. Birinci oyun idi, bu, belə olmalı idi. Və güc məsələləri var. "Volqa" ilə "BMW" heç vaxt eyni ola bilməz.

- Premyer Liqamızda yeni əsasnamə haqda nə deyə bilərsiz?

- Əsasnamə barədə bütün detalları Elgiz Avbasov açıqlayacaq. Yeniliklər olacaq.

- Avrokuboklarda digər komandalarımızdan nə gözləyirsiniz?

- "Neftçi"ni təbrik edirik, artıq 2-ci qolu vurub (Müsahibə "Neftçi"nin "Sperantsa" ilə oyunu davam edən vaxt olub - red.). "Qarabağ" baxmayaraq ki, heç-heçə edib, yəqin ki, cavab qarşılaşmasında öz hünərini göstərəcək. "Qəbələ"yə də uğurlar arzu edirik. Fikrimcə, 4 komanda arasında ən çətin rəqib "Səbail"ə düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə