“Neftçi”dən əla başlanğıc

Avropa Liqasında ölkəmizi təmsil edən “Neftçi” bu gün mübarizəyə başlayıb.

SİA xəbər verir ki, Roberto Bordinin komandası 1-ci təsnifat mərhələsinin ilk oyununda Moldovanın “Sperantsa” klubunun qonağı olub. Bir neçə ildir Avroliqada uğursuz çıxış edən paytaxt təmsilçisi turnirə əla start verib. "Ağ-qaralar" səfər oyunundan 3:0 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 18-də Bakıda keçiriləcək. Mərhələni adlayan tərəf Rusiyanın "Arsenal" (Tula) klubu ilə qaşılaşacaq.


11 iyul

Avropa Liqası, I təsnifat mərhələsi

İlk oyunlar

"Sperantsa" (Moldova) - "Neftçi" (Azərbaycan) - 0:3
Qol: Emin Mahmudov, 16-pen. Stiven Monroz, 36, Rəhman Hacıyev, 76
Baş hakim: Tim Marşal (Şimali İrlandiya)

Kişinyov, "Zimbru" stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə