Monroz “Neftçi”də ilk qolunu vurdu

“Neftçi”nin yeni transferi Stiven Monroz paytaxt klubunda ilk rəsmi oyununda qol vurub. Fransalı hücumçu Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Sperantsa” ilə səfər oyununda fərqlənib. 28 yaşlı futbolçu matçın 36-cı dəqiqəsində rəqib qapısına yol taparaq hesabı 2:0 edib. Qeyd edək ki, Monroz yay fasiləsində “Qəbələ”dən “Neftçi”yə keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...