"Barselona" 16 yaşlı hücumçunu transfer edib

"Barselona" futbol klubu, "Vest Bromviç"in 16 yaşlı hücumçu Lui Berrini transfer edib. İspaniya mətbuatının yazdığına görə, İngiltərənin U-17 millisinin üzvü "Barselona"nın akademiyasında (La Masia) futbola davam edəcək. Qeyd edək ki, L.Berri ötən mövsüm İngiltərə klubunun gənclər komandasında 13 matçda 4 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə