Azərbaycan güləşçisi Yaşar Doğu turnirinin finalına yüksəlib

Bu gün İstanbulda sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirəsinə həsr olunan turnir start götürüb. Azərbaycan Güləş Federasiyasının məlumatında deyilir ki, yarışın birinci günündə sərbəst güləş üzrə yığmamızın üç üzvü xalça üzərinə çıxıblar. Georgi Edişeraşvili (57 kq) gərgin keçən görüşdə italiyalı rəqibinə uduzub. Digər iki idmançımız - 70 kiloqram çəki dərəcəsində mübarizə aparıb. Birinci görüşdə Qazaxıstan idmançısına qalib gələn Murtuzəli Müslimov dörddəbir finalda komanda yoldaşı Gitinoməhəmməd Hacıyevi üstələyərək yarımfinala yüksəlib. Hindistanlı rəqibini də məğlub edən M.Müslimov adını finala yazdırıb. Medal görüşləri iyulun 12-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...