"Rəqibimizin kim olduğunu unutmamalıyıq" "Partizani"nin baş məşqçisi

Oyundan məmnunam. "Partizani" yaxşı çıxış etdi və matçda təhlükəli epizodlar yarada bildik. Bu fikirləri Albaniyanın "Partizani" klununun baş məşqçisi Franko Lerda klubun "Qarabağ" ilə oyunu barədə danışarkən deyib.

İtaliyalı mütəxəssis bildirib ki, klubunun qalib gəlmək imkanı vardı. Lakin yaranan fürsətlərdən istifadə edə bilmədilər.

İyulun 17-də Bakıda keçiriləcək cavab görüşündə müsbət nəticəyə ümid etdiklərini söyləyən baş məşqçi "Rəqibimizin kim olduğunu unutmamalıyıq", - deyə vurğulayıb.

Qeyd edək ki, "Partizani"-"Qarabağ" matçının cavab görüşü "Dalğa Arena"da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə