Bakıda FİDE Prezident Şurasının iclası keçiriləcək

Sabah Bakıda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Prezident Şurasının iclası öz işinə başlayacaq. Azərbaycan Şahmat Federasiyasından SİA-ya verilən məlumata görə, FİDE prezidenti Arkadiy Dvorkoviç iclasda iştirak etmək üçün bu gün Bakıya gələcək.

İki gün davam edəcək iclasın gündəliyində bir sıra vacib məsələlər müzakirə ediləcək. FİDE Prezident Şurasında həmçinin federasiyaların üzvlük haqqlarının azaldılması məsələsinə baxılacaq. Sonda yekun qərarlar barədə mətbuata məlumat veriləcək.

Qeyd edək ki, iclasda FİDE-nin vitse-prezidenti olan həmyerlimiz Mahir Məmmədov da iştirak edəcək.

FİDE Prezident Şurasının iclası Bakının "Hilton" otelində keçiriləcək. İclas iyunun 28-i səhər saat 09:00-da başlayacaq.​

Bütün xəbərlər Facebook səhifəmizdə