"Roma" və "Napoli" arasında transfer sövdələşməsi

"Roma" və "Napoli" iki transfer üçün bir-birləri ilə razılığa gəlib.

SİA “sports.ru” saytına istinadən xəbər verir ki, razılığa əsasən, "Napoli" 34 milyon avroya "Roma"dan yunan müdafiəçi Kostas Manolası transfer edəcək.

"Roma" isə qarşı tərəfə 20 milyon avro ödəyərək yarımmüdafiəçi Amadu Diavaranı alacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə