Bəhlul Mustafazadə “Qəbələ”ni “Sabah”a dəyişib

2019-20 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, “Qəbəl”nin gənc müdafiəçi Bəhlul Mustafazadə bundan sonra bakılıların uğurları üçün çalışacaq.

22 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. “Qəbələ” FK-nın yetirməsi olan Bəhlul peşəkar karyerasında bu komandadan başqa “Sumqayıt”ın uğurları üçün çalışıb. Mustafazadə ötən mövsüm “Qəbələ”də çıxış edib.

Müdafiəçi Azərbaycan yığmasının U-17, U-19 və U-21 komandalarının şərəfini qoruyub.

Bütün xəbərlər Facebook səhifəmizdə