II Avropa Oyunlarında iki boksçumuz yarımfinala çıxıb

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boks yarışlarında 1/4 final döyüşləri davam edir.

SİA xəbər verir ki, üç boksçumuz yarımfinal üçün döyüşə çıxıb.

Alfonso Dominqes (81 kq) isə Ziyad Əl-Mohorla (Belçika) qarşılaşıb. Qələbə qazanan idmançımız yarımfinalda Simone Fiori (İtaliya) ilə üz-üzə gələcək.

Cavid Çələbiyev (60 kq) erməni əsilli gürcü boksçu Otar Eranosyana qarşılaşıb və 2:3 hesabı ilə uduzub.

Azərbaycan yığmasının boksçusu Lorenzo Sotomayor da yarımfinal üçün döyüşə çıxıb. 69 kq çəki dərəcəsində çıxış edən Olimpiya mükafatçısı kosovolu Patriot Behramini sınağa çəkib. O, rəqibinə 5:0 hesabı ilə qalib gələrək, 1/2 finalda iştirak hüququ qazanıb.2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının qalibi olan təmsilçimiz yarımfinalda Pat Makkormakla (Böyük Britaniya) görüşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə