Güclü duman “Neftçi”nin oyununa mane oldu

Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" bu gün qardaş ölkədə növbəti yoxlama oyuna çıxıb.

SİA xəbər verir ki, paytaxt təmsilçisi ikinci sınağında Rumıniyanın "Politexnika İaşi" klubu ilə qarşılaşıb. Ancaq "Fenerbahçe Topuk Yaylası Resort and Sport" otelinin meydançasında keçirilən görüş yarımçıq qalıb. Oyun 11-ci dəqiqədə güclü duman səbəbindən yarımçıq dayandırılıb.

Qeyd edək ki, "Neftçi" ilk sınaq matçında "SKA-Xabarovsk"a (Rusiya) 3:1 hesabı ilə qalib gəlib. İyunun 30-da Ukraynanın "Vorskla" klubu ilə sonuncu yoxlama oyununa çıxacaq "ağ-qaralar" iyulun 1-də Türkiyə toplanışını başa vuraraq vətənə qayıdacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...