Cəmaləddin Məhəmmədov bürünc medal qazanıb

Azərbaycan sərbəst güləşçisi Cəmaləddin Məhəmmədov "Minsk 2019" II Avropa Oyunlarında bürünc medal qazanıb.

SİA xəbər verir ki, 125 kq çəki dərəcəsində yer alan təmsilçimiz 3-cü yer uğrunda görüşdə Rumıniya idmançısı Rares Kintoanaya 6:2 hesabı ilə qalib gəlib.

Bununla da ölkəmizin aktivindəki medalların sayı 14-ə çatıb. Onların 1-i qızıl, 4-ü gümüş, 9-u bürünc əyarlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...