Hacıyev Avropa oyunlarında bürünc qazandı

Azərbaycan sərbəst güləşçisi Hacımurad Hacıyev "Minsk 2019" II Avropa Oyunlarında bürünc medal qazanıb.

SİA xəbər verir ki, 74 kq çəkidə yer alan Hacıyev 3-cü yer uğrunda görüşdə Vasili Mixaylovu (Ukrayna) məğlub edib.

Bu, Azərbaycanın "Minsk 2019"da 13-cü medalı olub. Medallardan 1-i qızıl, 4-ü gümüş, 8-i bürüncdür.

Bütün xəbərlər Facebook səhifəmizdə