“Ayaks” Hollandiya millisinin oyunçusunu alıb

"Ayaks" heyətinə yeni futbolçu cəlb edib.

SİA klubun saytına istinadən xəbər verir ki, Hollandiya çempionu "Sevilya"nın yarımmüdafiəçisi Kvinsi Promesi alıb. 27 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb. Bu transfer üçün "Ayaks" 15.7 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, K.Promes ötən mövsüm 33 matçda 2 qol vurub, 3 qolun ötürməsini verib.

Promes “Sevilya”dan əvvəl “Tvente” (2012-2014) və “Spartak” (2014-2018) komandalarında çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə