"Neftçi” Türkiyədə Rumıniya klubu ilə qarşılaşacaq

"Neftçi”nin Türkiyə təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi ikinci yoxlama oyunundakı rəqibi müəyyənləşib. Klubun saytında yer alan xəbərə görə, komanda "Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelinin meydanında Rumıniyanın "Politexnika İaşi” klubu ilə qarşılaşacaq. Görüş əvvəlcədən nəzərdə tutulduğu kimi iyunun 25-də deyil, 26-da keçiriləcək və Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə