“Malyorka” 6 illik fasilədən sonra elitada

İspaniya Sequndasında "pley-off" oyunlarına yekun vurulub.

SİA xəbər verir ki, bununlda da La Liqaya yüksələn sonuncu klub müəyyənləşib. Doğma meydanda "Deportivo"nu 3 cavabsız qolla məğlub edən "Malyorka" iki görüşün nəticəsinə (3:2) əsasən, elitaya vəsiqə qazanıb. Sözügedən komanda 6 illik fasilədən sonra yenidən yüksək dəstədə mübarizə aparacaq.

Qeyd edək ki, sequndadan La Liqaya yüksələn digər iki komanda isə "Osasuna" və "Qranada"dır.

Bütün xəbərlər Facebook səhifəmizdə