Hidayət Heydərov: Bürünc medal uğrunda görüşdə belə asan qələbə çalacağımı gözləmirdim

İkinci Avropa Oyunlarında arzum yalnız qələbə qazanmaq idi. Lakin bürünc medal uğrunda görüşdə belə asanlıqla qalib gələcəyimi gözləmirdim. Rəqibim tanınmış cüdoçudur, olimpiya çempionudur. Buna baxmayaraq görüşə çıxan kimi təmiz qələbə qazandım.

SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Minsk 2019” II Avropa Oyunlarında 73 kiloqram çəki dərəcəsində bürünc medal qazanan Azərbaycan cüdoçusu Hidayət Heydərov deyib.

H.Heydərov bildirib ki, gürcüstanlı Laşa Şavdatuaşvili ilə görüş zamanı 51 saniyəyə ipponun baş verəcəyini gözləməyib: “Bu, mənim fəndim deyildi, çünki özüm daha çox aşağı nahiyədən ipponu sevirəm. Sadəcə həmin anı tuta bildim”.

O, ikinci Avropa Oyunlarında cüdo idman növündə ilk medalı əldə etməsinə sevindiyini də vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə