“Lids” və “Porto” Buffonla maraqlanır

Mövsümün sonunda PSJ-dən ayrılan Canluici Buffon karyerasını İngiltərədə davam etdirə bilər.

SİA "Football İtalia" nəşrinə istinadən yaydığı xəbərə görə, çempionşipdə mübarizə aparan "Lids" 41 yaşlı qolkiperlə yaxından maraqlanır. İngilis klubunun italiyalı qapıçıya təklif göndərməyə hazırlaşdığı bildirilir.

Qeyd edək ki, "Portu" da Buffonun xidmətində maraqlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə