Minskdə daha bir idmançımız ən azı gümüş medalı təmin edib

Minskdə keçirilən ikinci Avropa Oyunlarında sambo yarışlarının ikinci gününə start verilib. SİA-nın məlumatına görə, Azərbaycan təmsilçilərindən Ağasif Səmədov (52 kq) dörddəbir finalda litvalı Gintaras Katkusa 5:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə belaruslu Maksim Krasinski ilə qarşılaşan idmançımız rəqibinə heç bir şans verməyib və 4:0 hesablı qələbə qazanaraq adını finala yazdırıb. Həlledici qarşılaşmada Azərbaycan samboçusu Ermənistan idmançısı Tiqran Kirokasyanla qarşılaşacaq. Komandamızın digər üzvü Cavidan Qarayev (62 kq) ilk görüşdə yunanıstanlı Savvas Karakidzisə məğlub olub. Buna baxmayaraq o, təsəlliverici görüşlərə qatılacaq. Bu mərhələdə idmançımızın ilk rəqibi estoniyalı Vadim Fomin olacaq. Abdulla Abdullayev (74 kq) də yarışa uğursuz start verib. Xorvatiyalı Dino-Dominik Sumpora yenilən idmançımız təsəlliverici görüşdə ermənistanlı Arsen Qazaryana rəqib olub

Bütün xəbərlər Facebook səhifəmizdə