"Neftçi" ilk yoxlama görüşündə qalib gəldi

Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" bu gün ilk yoxlama görüşünə çıxıb. Roberto Bordinin komandası Rusiyanın birinci divizionunda çıxış edən "SKA-Xabarovsk" klubu üz-üzə gəlib. Görüş "Neftçi"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Neftçi" qonşu ölkədə daha iki yoxlama oyunu keçirəcək. "Ağ-qaralar" iyunun 25-dəki ikinci rəqibi hələ ki, məlum deyil. Paytaxt klubu iyunun 30-da Ukraynanın "Vorskla” (Poltava) klubu ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə