"Səbail"ın ilk yoxlama oyunu nə vaxt keçiriləcək?

Bolqarıstanda təlim-məşq toplanışında olan "Səbail"ın ilk yoxlama oyununun vaxtı müəyyənləşib. Klubun rəsmi "Feysbuk" səhifəsində yer alan xəbərə görə, Plovdiv “Lokomotiv”ə (Bolqarıstan) qarşı keçiriləcək matç sabah Bakı vaxtı ilə 16:00-da başlayacaq. Qeyd edək ki, "Səbail" həmçinin, Beroe” (Bolqarıstan), “Clinceni” (Rumıniya) və “Makedoniya” (Şimali Makedoniya) ilə yoxlama görüşü keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...