II Avropa Oyunlarında 3600-dən çox idmançı iştirak edəcək

Minskdə keçiriləcək II Avropa Oyunlarında 3667 idmançı iştirak edəcək. Bunu Avropa Olimpiya Komitəsinin II Avropa Oyunları üzrə əlaqələndirmə komissiyasının sədri Spiros Kapralos iyunun 20-də jurnalistlərə bildirib.

O deyib: “Avropa Oyunlarında maksimum 4 min idmançı iştirak edə bilər. Lakin bu yarışlara 3667 idmançı qatılacaq. Əgər yarışlara neçə ölkənin öz atletlərini göndərəcəyi nəzərə alınsa, bu, cüzi ixtisardır”.

SİA xəbər verir ki, II Avropa Oyunları iyunun 21-dən 30-dək Minskdə keçiriləcək. Bu Oyunlarda 50-dən çox ölkənin təmsilçiləri idmanın 15 növündə 200 dəst medal uğrunda mübarizə aparacaqlar. İdmanın 8 növündə yarışlar 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunları üçün təsnifat yarışları hesab ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...