İkinci Avropa Oyunlarında 4 minə yaxın idmançı iştirak edəcək

Sabah Belarusun paytaxtı Minskdə start götürəcək İkinci Avropa Oyunlarında 3667 idmançı iştirak edəcək.

SİA-nın məlumatına görə, yarışlarda 4000 idmançının iştirakı gözlənilir.

Ümumilikdə Avropa Oyunlarında 50 ölkənin idmançıları iştirak edəcək. Yarışlar zamanı 15 idman növü üzrə 199 medal dəsti sahiblərini tapacaq. Səkkiz idman növü üzrə yarışlar 2020-ci il Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq.

Qeyd edək ki, İkinci Avropa Oyunları iyunun 21-dən 30-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə