Neymar: "Barselona"nı tərk etməməliydim”

PSJ-nin hücumçusu Neymar komandadan ayrılmaq istəyir. “Mundo Deportivo” nəşrinin yazdığına görə, braziliyalı futbolçu yenidən “Barselona”da oynamaq arzusundadır. 27 yaşlı forvardın artıq bu istəyini Paris klubunun sahibi Nasser Əl-Xəlafiyə çatdırdığı bildirilir. İddiaya görə, Neymar qətərli iş adamına “Daha PSJ-də oynamaq istəmirəm. Evimə qayıtmaq istəyirəm. "Barselona"nı tərk etməməliydim” deyib.
PSJ rəhbərliyinin də təcrübəli hücumçu ilə yolları ayrımağa hazır olduğu deyilir. Klub rəhbəri Əl-Xəlafi bir neçə gün əvvəl verdiyi açıqlamada Neymarın PSJ-yə məcbur gətirilmədiyini bilidirib və oynamaq istəməyənə qapının açıq olduğunu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə