Avropa Futbol Federasiyaları Birliyinin (UEFA) keçmiş prezidenti Mişel Platini azadlığa buraxılıb. Bu barədə "Le Monde" qəzeti məlumat yayıb. SİA-nın verdiyi məlumata görə, 63 yaşlı Platini Fransanın Nanterre məhkəmə polisinin anti-korrupsiya şöbəsi tərəfindən saxlanılmışdı.

Platini Qətərin 2022 Dünya Kubokuna ev sahibliyi ilə bağlı araşdırma ilə əlaqədar bir neçə saat dinləndirilib.

İstintaqın versiyasına görə, seçkilərdə rüşvətxorluq hallarına yol verilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə