UEFA “Neftçi”nin oyununda dəyişiklik etdi

Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Neftçi" və "Sperantsa" klubları arasındakı oyunların yeri dəyişdirilib.

SİA UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ilk qarşılaşma əvvəlcədən açıqlandığı kimi Azərbaycanda deyil, Moldovada keçiriləcək. Cavab matçı isə 1 həftə sonra Bakıda olacaq.

Qeyd edək ki, ilk matç iyulun 11-də, ikinci görüş isə iyulun 18-də oynanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə