“Milan” heyətinə yeni futbolçu cəlb edib. İtaliya mətbuatının yazdığına görə, klub “Empoli”dən Rade Kruniçi transfer edib. 25 yaşlı bosniyalı yarımmüdafiəçinin bu gün Milana gedərək tibbi müayinədən keçəcəyi bildirilir. “Milan”ın Kruniçlə 4 illik müqavilə imzalayacağı və bu keçid üçün “Empoli”yə 8 milyon avro ödəyəcəyi iddia edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə