“Qarabağ”ın rəqibi məlumdur - PÜŞK ATILDI

UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb. SİA xəbər verir ki, püşkatma İsveçrənin Nyon şəhərində keçirilib.

Ölkəmizi turnirdə təmsil edəcək “Qarabağ” klubunun rəqibi məlum olub. Belə ki, birinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi Albaniyanın "Partizani" klubu olacaq. İlk oyun səfərdə nəzərdə tutulub.

Qeyd edək ki, ÇL-nin 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10, cavab oyunları isə 16-17 iyul tarixlərində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə