Ramil Şeydayevin komandası Avstriyaya gedir

Milli komandamızın üzvü Ramil Şeydayevin çıxış etdiyi “Krılya Sovetov” klubu hazırlıqları bərpa edir.

SİA klubun saytına istinadən xəbər verir ki, Samara təmsilçisi dünən Moskvada toplaşıb.

Oyunçuların tibbi baxışından sonra yenidən sərbəst buraxılan kollektiv çərşənbə günü Samarada bir araya gələcək. Baş məşqçi Miodraq Bojoviçin rəhbərliyi ilə hazırlıqlara start verəcək komanda iyunun 23-nə qədər doğma şəhərdə çalışacaq.

Ardınca Avstriyaya yollanacaq “Krılya Sovetov” məşqlərini burada davam etdirəcək. İyulun 7-nə qədər nəzərdə tutulmuş hazırlıq zamanı 4 yoxlama oyunu keçirilməsi planlaşdırılıb.

Hələlik rəqiblərin adlarına aydınlıq gəlməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə