Nesta "Frozinone"nin baş məşqçisi təyin edilib

İtaliya millisinin sabiq üzvü Alessandro Nestanın yeni iş yeri müəyyənləşib.

Qol.az xəbər verir ki, 43 yaşlı mütəxəssis İtaliya B Seriyasında mübarizə aparan "Frozinone"nin baş məşqçisi təyin edilib. Klubun rəsmi saytı onunla 2 illik müqavilə imzalandığını açıqlayıb.

Qeyd edək ki, veteran müdafiəçi daha öncə "Mayami" və "Perucia" klublarını çalışdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə