Sabah "Qarabağ”ın rəqibi müəyyənləşəcək

Sabah Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkü atılacaq. Azərbaycanı bu turnirdə təmsil edəcək "Qarabağ”ın da rəqibi müəyyənləşəcək. Ağdam klubu yüksək reytinqə malik olduğu üçün səpələnmişlər səbətində yer alıb."Atlılar” reytinqi daha aşağı olanrəqiblə üz-üzə gələcək.

"Qarabağ”ın potensial rəqibləri:

"Suduva” (Litva), "Sarayevo” (Bosniya və Herseqovina), "Valletta” (Malta), "Pyast” (Polşa), "ÇFR Kluj” (Rumıniya), "Ferensvaroş” (Macarstan), "Nomme Kalyu” (Estoniya), "Sutyeska” (Monteneqro), "Partizani” (Albaniya), "Valyur” (İslandiya), "Linfild” (Şimali İrlandiya), "HB Torshavn” (Farer adaları), "Riqa” (Latviya), "Saburtalo” (Gürcüstan) vəilkin mərhələnin qalibi("Linkoln” (Cəbəllütariq), "Santa Koloma” (Andorra), "Feronikeli” (Kosovo) və ya "Tre-Penne” (San-Marino).

Bütün xəbərlər Facebook səhifəmizdə