II Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək boksçuların ADLARI

Azərbaycanı "Minsk 2019" II Avropa Oyunlarında təmsil edəcək boksçuların adları müəyyənləşib. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, komanda iyunun 21-30-da keçiriləcək yarışda 11 idmançı ilə təmsil olunacaq.

Kişilərin mübarizəsində Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Lorenzo Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq), Dominqes Alfonso (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) iştirak edəcək.

Qadın boksçuların yarışında isə rinqə Məryəm Cəbrayılova (69 kq) çıxacaq.

II Avropa Oyunlarında boks yarışları "Uruçye" İdman Sarayında keçiriləcək. Döyüşlər iyunun 21-də start götürəcək. İyunun 27-də istirahət günü olacaq və növbəti üç gündə mükafatçılar bilinəcək.

Qeyd edək ki, artıq təlim-məşq toplanışını yekunlaşdıran yığma iyunun 18-də saat 04:35-də Belarusa yola düşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə