Paraqvay qələbəni əldən verdi - Amerika kuboku

Amerika kubokunda qrup mərhələsinin birinci turunun oyunları davam edir.

SİA xəbər verir ki, C qrupundakı ikinci matçda ilk dəfə turnirə dəvət alan Qətər millisi Paraqvay seçməsi ilə qarşılaşıb. Cənubi Amerika təmsilçisi hesabda 2 top fərqi ilə önə çıxsa da, əzmkarlıq göstərən ərəblər geridönüş edə biliblər - 2:2. Beləliklə komandalar Amerika kubokuna 1 xalla başlayıblar.

Qrupun digər oyununda dünən Argentina Kolumbiyaya 0:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, C qrupuna 3 xalı olan Kolumbiya millisi başçılıq edir. Qətər və Paraqvay hərəyə 1 xalla 2-3-cü yerləri bölüşdürür. Sonuncu sıradakı Argentina yığmasının isə xalı yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə