İyunun 6-dan Bakıda təlim-məşq toplanışında olan "Səbail" hazırlığın ikinci mərhələsi üçün sabah Bolqarıstana yollanacaq.
SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, bakılıların yoxlama görüşləri üçün bütün rəqibləri müəyyənləşib.
İlk olaraq ayın 21-də Plovdiv "Lokomotiv"i ilə üz-üzə gələcək təmsilçimiz 4 gün sonra "Beroe" sınağına çıxacaq. Aftandil Hacıyev ayın 28-də Rumıniya "Klinçeni"si önündə yetirmələrini yoxlayacaq. Komanda son sınaq matçını iyulun 1-də "FK Makedoniya"ya qarşı keçirəcək.
Qeyd edək ki, ölkəmizi Avropa Liqasında təmsil edəcək "Səbail" iyulun 2-dək Bolqarıstanda toplanış keçəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə