120 milyon avro qiyməti olan 19 yaşlı oyunçu

"Mançester Siti" "Benfika"nın futbolçusu Joau Felişi transfer etməyə hazırlaşır.

SİA “sports.ru” saytına istinadən xəbər verir ki, bunun üçün "şəhərlilər" Portuqaliya təmsilçisinə 120 milyon avro təklif edib.

19 yaşlı hücumçu ilə "Atletiko" və “Mançester Yunayted” də maraqlanır.

Qeyd edək ki, J.Feliş 2018/2019 mövsümündə 43 matçda 20 qol vurub, 11 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə