Messi Kolumbiyaya məğlubiyyəti şərh edib

Argentina yığmasının kapitanı Lionel Messi Kolumbiyaya məğlubiyyətdən sonra mətbuat nmayəndələri qarşısında fikirlərinə bu sözlərlə başlayıb: "Bu məğlubiyyəti qəbul etmək çətindir".

SİA xəbər verir ki, Argentina millisi Braziliyada təşkil olunan Amerika Kubokunun I turunda Kolumbiyaya 0:2 hesabı ilə uduzub. Məğlubiyyətə şərh verən Messinin fikrincə, 3 xal itirmələrinə baxmayaraq, turnirdə şansları hələ davam edir: "Bu oyundan müsbət anları götürmək məcburiyyətindəyəm və növbəti matçlar haqqında düşünürəm. Bu turnirdə hələ şansımız var, buna görə başımızı qaldırmalı və hərəkət etməmiz lazımdı. Əlbəttə ki, bu məğlubiyyəti qəbul etmək çətindir. Artıq bu barədə yox, irəli addım atmalıyıq. Paraqvaylarla qarşılaşma həlledici olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə