"Yuventus"un yeni baş məşqçisi müəyyənləşib.

SİA klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, komanda "Çelsi"dən ayrılan Mauritsio Sarriyə tapşırılıb. İtaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

"Yuventus"un ötən ilin yayından "Çelsi"ni çalışdıran Sarri üçün London klubuna 5 milyon avro təzminat ödəyəcəyi iddia olunur.

Qeyd edək ki, Sarri bu vəzifədə Massimiliano Alleqrini əvəzləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...